Mərkəz haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 23 avqust 2023-cü il tarixli 196-VI FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni əsasnaməsi təsdiq edilmiş, Komitənin strukturunda dəyişiklik edilmiş, Komitənin tabeliyində olan Layihə-Smeta Qrupunun əsasında publik hüquqi şəxs statuslu Layihə Planlaşdırma Mərkəzi yaradılmış və Mərkəzin nizamnaməsi təsdiq edilmişdir. Şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən Layihə Planlaşdırma Mərkəzi Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumlarına daxildir.